Bakı 16˚C Intermittent clouds

Rusiyada narkokuryer pişik ələ keçib

Gündəm 12:14 21 okt, 2021

Pişiyin boyun xaltasında 5.21 qram marixuana aşkarlanıb

Rusiyada narkokuryer pişik ələ keçib

Rusiyada narkokuryer kimi istifadə edilən pişik ələ keçib.

Qazet.az xəbər verir ki, İvanovo vilayətindəki 4 saylı islah düşərgəsi ərazisinə narkotik maddə keçirmək istəyərkən müəssisə əməkdaşları tərəfindən saxlanılıb.

Pişiyin boyun xaltasında 5.21 qram marixuana aşkarlanıb.

Xaltanı çıxaran kimi dördayaqlı qaçıb. Xalta isə ekspertiza üçün müvafiq qurumlara göndərilib.

Mənbə: gazeta.ru