Rusiyada partlayış törədən yeniyetmə öldü
Gündəm
16:27 13 dek, 2021
Pravoslav gimnaziyasında partlayış törədən yeniyetmə ölüb

Rusiyanın Serpuxov şəhərindəki pravoslav gimnaziyasında partlayış törədən yeniyetmə ölüb.
Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serpuxov dairəsinin keşişi İqor Çaban deyib.
"Rəsmi məlumata görə, bunu pravoslav gimnaziyasının on səkkiz yaşlı məzunu edib. Partlayış nəticəsində bir nəfər - onu törədən şəxs ölüb. Allaha şükürlər olsun ki, digər qurbanlar yoxdur" - deyə keşiş bildirib.