Rusiyada qəzaya uğrayan "An-26"nın ekipaj üzvlərinin hamısı ölüb
Gündəm
15:59 23 sen, 2021
Təyyarənin göyərtəsində 6 heyət üzvü olub
![Rusiyada qəzaya uğrayan "An-26"nın ekipaj üzvlərinin hamısı ölüb](https://qazet.az/resized/fit900x500/center/pages/26711/86ff0d5f-2315-48f8-b983-7a3d20635b45.jpeg)
Rusiyanın Xabarovsk diyarında qəzaya uğrayan “An-26” hərbi yük təyyarəsinin ekipaj üzvlərinin hamısı ölüb.
Qazet.az xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.
Bildirilib ki, təyyarənin göyərtəsində 6 heyət üzvü olub.
Xatırladaq ki, sentyabrın 22-də texniki uçuş edən “An-26”b radarlardan itib. Sentyabrın 23-də təyyarənin düşdüyü yerdə axtarış aparılıb. Əməliyyat nəticəsində ekipaj üzvlərinin meyitləri tapılıb.