Rusiyada saxta içki faciəsi - 26 nəfər öldü...
Gündəm
19:33 09 okt, 2021
Rusiyada saxta içki faciəsi
Rusiyanın Orenburq şəhərində 26 nəfər saxta içki səbəbiylə həyatını itirib. Hüquq-mühafizə orqanları tərəfindən başladılan istintaq zamanı 6 nəfər saxlanılıb.
Qazet.az xəbər verir ki, Qazaxıstanla sərhəd olan Orenburq şəhərində 28 nəfər isə saxta içki zəhərlənməsinə görə xəstəxanada müalicə alır. Hadisəylə bağlı hüquq-mühafizə orqanları bölgədə araşdırmaya başlayıblar.
Qeyd edək ki, hələ 2016-cı ildə Sibirdə də saxta içkidən kütləvi zəhərlənmə halı baş vermişdi. Bundan sonra aidiyyatı qurumlar dərman, ətir və içkilərin istehsalına nəzarəti gücləndirmişdi.