Bakı 26˚C Intermittent clouds

Rusiyada sərxoş qadın körpəsinin ölümünə səbəb oldu

Gündəm 17:02 29 noy, 2021

Eyni zamanda o, 9 və 11 yaşlı iki uşağının valideynlik hüququndan məhrum edilib

Rusiyada sərxoş qadın körpəsinin ölümünə səbəb oldu

Rusiyanın Kamçatka bölgəsində sərxoş qadın azyaşlı qızının ölümünə səbəb olub.

Qazet.az xəbər verir ki, spirtli içki qəbul edən qadın beş aylıq qızının yanında yatıb. O, yuxuda olarkən bədəni ilə uşağın üzünü tutub və körpənin nəfəs almasına mane olub. Nəticədə azyaşlı ölüb.

Faktla bağlı “Ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi başladılıb. Qadını iki ilə qədər həbs cəzası gözləyir. Eyni zamanda o, 9 və 11 yaşlı iki uşağının valideynlik hüququndan məhrum edilib.

Məhkəmə uşaqların yaşadığı evin antisanitar vəziyyətdə olmasını və ananın zorakılığa meyilli olmasını müəyyən edib. Müayinə zamanı qadında xroniki alkoqolizm aşkarlanıb.

Mənbə: Aif.ru