Bakı 7˚C Mostly sunny

Rusiyada son 10 gündə evlənənlərin sayı 6 dəfə artdı

Xəbərlər 03:15 30 sen, 2022
Rusiyada son 10 gündə evlənənlərin sayı 6 dəfə artdı

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra rəsmi nikaha girənlərin sayı kəskin artıb.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“İnterfaks” Amur vilayətində bu rəqəmin 4 dəfəyə qədər artdığını bildirir. Bəzi vilayətlərdə isə səfərbərlik elanından sonra nikaha girənlərin sayı 6 dəfədən çox artıb.

Ekspert Natiq Cəfərli hesab edir ki, bunun səbəbi Ukraynada həlak olanların ailəsinə Rusiya dövlətinin pul ödənişidir:

“Rusiya regional hakimiyyəti Ukraynada həlak olanların ailəsinə 3 milyon rubl ödəyir, son evlilik artımının səbəbi də məhz budur. İnsanlar düşünür ki, ölsələr, heç olmasa illərdir birgə, amma qeydiyyatsız yaşadıqları xanımları pul ala bilsinlər. Ordan sağ qayıdacaqlarına ümidləri azdır...”