Bakı 23˚C Mostly cloudy

Rusiyada son üç ayda ilk dəfə COVID-19-a yoluxanların sayı 12 mini ötüb

Gündəm 14:51 30 iyl, 2022

Pandemya başlayandan Rusiyada 382 395 nəfər koronavirusdan vəfat edib

Rusiyada son üç ayda ilk dəfə COVID-19-a yoluxanların sayı 12 mini ötüb

Rusiyada bu il aprelin 10-dan sonra ilk dəfə koronavirusa sutkalıq yoluxanların sayı 12 mini ötüb.

Qazet.az xəbər verir ki, bu barədə Rusiyanın Yoluxucu Xəstəliklərə qarşı Mübarizə Federal Əməliyyat Qərargahından jurnalistlərə bildirilib.

Məlumata görə, son sutkada 12 248 nəfər koronavirusa yoluxub, bir gün əvvəl isə 11 422 virusa yoluxmuş şəxs qeydə alınıb.

Ölüm sayında da artım olub. Belə ki, son sutkada 43, bir sutka əvvəl isə 39 nəfər COVID-19-dan ölüb. Ümumilikdə, pandemya başlayandan Rusiyada 382 395 nəfər koronavirusdan vəfat edib. Qeyd alımış ümumi yoluxanların sayı isə 18 589 221 nəfər olub.