Rusiyada sorğu: 80 faiz ilhaqı dəstəklədi
Gündəm
21:28 12 okt, 2022
Rusiyada Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindəki referendumlarla bağlı sorğu keçirilib.
Qazet.az xəbər verir ki, sorğunun nəticələrini İctimai Rəy Fondu dərc edib.
Sorğuda 1500 Rusiya vətəndaşı iştirak edib. İştirak edənlərin 80 faizi sözügedən ərazilərin ilhaqını dəstəkləyib.
Sorğu Rusiyanın 53 regionunda keçirilib.