Rusiyada universitetdə atışma - SON DƏQİQƏ! - VİDEO - YENİLƏNİB
Gündəm
13:45 20 sen, 2021
Rusiyanın Perm şəhərində atışma olub

Rusiyanın Perm şəhərində yerləşən Perm Dövlət Universitetinin ərazisində atəş səsləri eşidilir.
Qazet.az xəbər verir ki, ilkin məlumatlara görə, atışma nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb
Təcili tibbi yardım xidmətindəki mənbə bildirib ki, şəxsiyyəti hələ məlum olmayan kişi universitetin ərazisinə girərək tələbə və müəllimlərə atəş açıb, ölən və yaralananlar var.
Hazırda təhsil müəssisəsinin daxilində olan şəxslər pəncərələrdən atılaraq universitetdən çıxmağa çalışır.
Son məlumata görə, hücum edən cinayətkar yaralı olaraq ələ keçirilib.

Universitetdə tələbələrə və müəllim heyətinə atəş açan şəxsin sosial şəbəkədə sonuncu paylaşımını təqdim edirik:

