Bakı -3˚C Rain and snow

Rusiyada vahid seçkilərin ikinci günüdür

Gündəm 14:08 18 sen, 2021

Sentyabrın 18-i Rusiyada vahid səsvermənin ikinci günüdür

Rusiyada vahid seçkilərin ikinci günüdür

Sentyabrın 17-də 20 milyondan çox rusiyalı səsvermədə iştirak edib. 

Qazet.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ən yüksək seçici fəallığı Çukotka Muxtar Vilayətində, Çeçenistan Respublikasında və Tuvada qeydə alınıb.

Budəfəki seçkilərin yeniliklərindən biri də onlayn səs vermək imkanıdır. Bu imkandan paytaxt Moskva, eləcə də Murmansk, Kursk, Nijni Novqorod, Rostov və Yaroslavl vilayətlərinin sakinləri yararlana bilərlər. Moskvada seçicilərin 23,07 faizi artıq həm onlayn, həm də əyani şəkildə səs verib.

Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustin səsvermədə distant iştirak edərək, onlayn səs veriblər. Müdafiə naziri Sergey Şoyqu və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin isə səsvermədə ənənəvi qaydada iştirak ediblər.(Azərtac)