Bakı 6˚C Dreary

Rusiyada yeni model vaksin sertifikatı tətbiq edilir

Gündəm 11:33 08 noy, 2021

Əvvəlki sertifikatlar da tədricən sistemə yerləşdiriləcək

Rusiyada yeni model vaksin sertifikatı tətbiq edilir

Rusiya Federasiyasında bu gündən etibarən yeni formada vaksin sertifikatı tətbiq edilir.

Qazet.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin COVID-19 vaksin sertifikatının yeni modelinin tətbiqi ilə bağlı qərarı bu gündən qüvvəyə minib. Əvvəlki sertifikatlar da tədricən sistemə yerləşdiriləcək.

Yeni vaksin sertifikatı ingilis və rus dillərində tərtib edilib, həmçinin cihazlarla oxuna bilməsi üçün QR kodla təchiz olunub. Sertifikat tam peyvəndləmə bitdikdən sonra 3 iş günü müddətində elektron qaydada tərtib edilir. Zəruri hallarda onu kağız formatda da əldə etmək mümkündür.