Bakı 19˚C Intermittent clouds

Rusiyadan Ermənistana AĞIR ZƏRBƏ - Bu şəxslərə qadağa qoyuldu

Cəmiyyət 23:37 01 noy, 2021

“Daşnaksütyun” partiyası 1890-cı ildə Tiflisdə yaradılıb.

Rusiyadan Ermənistana AĞIR ZƏRBƏ - Bu şəxslərə qadağa qoyuldu

ASALA terror təşkilatı və "Daşnaksütyun" partiyasının silahlı qanadı ilə əlaqələri  olanların Rusiyaya girişi qadağan edilib.

“Qazet.az” xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert  "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Teleqram kanalında yazıb. 

“Haqqında ASALA terror təşkilatına və “Daşnaksütyun” partiyasının silahlı qoluna mənsub olmaları barədə məlumatlar olan Ermənistan vətəndaşlarının Rusiya Federasiyası ərazisinə buraxılmasına icazə verilmir”.
Qeyd edək ki, ASALA terror təşkilatı 1975-ci ildə yaradılıb. Əsas hədəfi Türkiyə səfirlikləri olan qruplaşma xaricdə yaşayan türklərə qarşı etdikləri sui-qəsdlər nəticəsində 48-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 77 Türkiyə vətəndaşını qətlə yetirib.

“Daşnaksütyun” partiyası 1890-cı ildə Tiflisdə yaradılıb. Partiya Türkiyədən qondarma erməni soyqırımını tanımağı, ermənilərə təzminat ödəməyi və Türkiyənin şərqində 7 vilayəti Ermənistana verməyi tələb edir. Azərbaycana qarşı isə ərazi iddiaları dava edir, işğal olunmuş ərazilərdən savayı daşnaklar keçmiş Şaumyan rayonunun (Goranboy rayonunun cənub hissəsi) ərazisinə və Naxçıvan Muxtar Respublikasının ərazilərinə iddialıdırlar.