"Rusiyadan müqavilələrə əməl etməsini gözləyirik" - Hulusi Akar İdlibdən danışdı
Hulusi Akar Rusiyadan İdliblə bağlı qəbul edilən müqavilələrə əməl etməsini gözlədiyini söyləyib
Türkiyə müdafiə naziri Hulusi Akar Rusiyadan İdliblə bağlı müqavilələrə əməl etməsini gözlədiyini bildirib.
Bu barədə Qazet.az APA-ya istinadən xəbər verir.
“Rusiya ilə İdlib mövzusunda qəbul etdiyimiz müqavilələrə əməl edirik, məsuliyyətimizin fərqindəyik, müttəfiqlərimizdən də qəbul edilən müqavilələrə əməl etmələrini gözləyirik", Hulusi Akar söyləyib.
Müdafiə naziri İdlibə hücum nəticəsində Türkiyə ordusunun həlak olan iki əsgəri ilə bağlı da mövqeyini bildirib: “Dostlarımız xain, alçaq hücum nəticəsində şəhid oldular. Şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaq”.
Qeyd edək ki, bu gün H.Akar Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi General Yaşar Güler və Quru Qoşunları Komandanı General Musa Avseverlə birgə Hataya gedərək Suriya ilə sərhəd xəttindəki birlik komandirləri ilə görüş keçirib.