Rusiyadan qlobal ticarətdə kriptovalyuta hazırlığı
Biznes
12:33 17 iyn, 2022
Rusiya digər ölkələrlə barter ticarətində kriptovalyutalardan istifadə etməyi düşünür
Rusiya digər ölkələrlə barter ticarətində kriptovalyutalardan istifadə etməyi düşünür.
Qazet.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin maliyyə siyasəti departamentinin rəhbəri İvan Çebeskov məlumat verib.
O, bildirib ki, kriptovalyutaların beynəlxalq ticarətdə istifadəsinə icazə verilməsi Qərbin sanksiyalarına qarşı çıxmağa kömək edəcək.
Bununla belə, Çebeskov bunun üçün rəqəmsal aktivlərin leqallaşdırılması üçün hüquqi tənzimləmələrin aparılmalı olduğunu vurğulayıb.
Lakin Rusiya Mərkəzi Bankının prezidenti Nabiullina dünənki çıxışında bildirib ki, o, kriptovalyutaların Rusiya daxilində ödəniş vasitəsi kimi istifadəsinə qarşıdır.