Bakı 11˚C Rain

Rusiyadan Ukraynaya hücum iddialarına - Reaksiya

Gündəm 07:12 10 dek, 2021

“Təlim zamanı hərbi hissələrin yerdəyişməsi adi təcrübədir"

Rusiyadan Ukraynaya hücum iddialarına - Reaksiya

Rusiyanın Baş Qərargah rəisi, general Valeri Gerasimov Rusiyanın Ukraynaya hücum etməyə hazırlaşması ilə bağlı iddiaları təkzib edib.

“Qazet.az” xəbər verir ki, bu barədə o, Moskvada xarici dövlətlərin hərbi attaşelərinin iştirak etdiyi brifinqdə bildirib.

"NATO ölkələri Rusiya qoşunlarının ölkəmizdəki hərəkətliliyinə fövqəladə əhəmiyyət verir. Hərbi fəaliyyət bizim milli ərazimizdə həyata keçirilir və bildiriş tələb olunmur. Təlim zamanı hərbi hissələrin yerdəyişməsi adi təcrübədir. Mətbuatda yayılan Rusiyanın Ukraynaya hücumu ilə bağlı iddialar yalandır", - Gerasimov deyib.