Rusiyadan Ukraynaya raket zərbələri: ölənlərin sayı artdı
Rusiya Ukrayna şəhərlərini yenidən raket atəşinə tutub.
Qazet.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, paytaxt Kiyev də daxil olmaqla, bir neçə iri şəhərdə vacib infrastruktur obyektləri vurulur.
Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim bildirib ki, Rusiya havaya azı 9 ədəd Tu-95 bombardmançı təyyarəsi qaldırıb.
Kimin sözlərinə görə, raketlərin çox Odessa istiqamətinə atılıb. Kiyev, Vinnitsa, Lvov vilayətləri, Kirovoqrad şəhərindəki energetika obyektlərinə zərbələr endirilib.
Kiyev meri Vitali Kliçko raketlərdən birinin infrastruktur obyektinə düşdüyünü bildirib.
Demək olar ki, bütün ölkə ərazisində hava həyəcanı siqnalı verilib. Əhaliyə sığınacaqlara yerləşmək xəbərdarlığı olunub.
***
Rusiyanın Kiyevə raket hücumu nəticəsində üç nəfər həlak olub.
Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Məlumata görə, 11 nəfər yaralanıb.
***
Rusiya raketləri Ukraynanın 16 infrastruktur obyektini vurub.
Bu barədə ölkənin Milli Polisi məlumat yayıb.
Bildirilib ki, zərbələr nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı isə 36 nəfərə yüksəlib.
***
Rusiya ordusu tərəfindən Ukraynaya raket hücumları nəticəsində 10 nəfər həlak olub.
Bu barədə Ukrayna daxili işlər naziri Denis Monastırski Feysbuk hesabında yazıb.