Bakı 6˚C Intermittent clouds

Rusiyadan Ukraynaya sərt sözlər

Gündəm 05:12 11 noy, 2021

"Bu cür davranışın məntiqini sağlam düşüncə baxımından anlamaq mümkün deyil"

Rusiyadan Ukraynaya sərt sözlər

Donbas üzrə təmas qrupunun danışıqlarında Kiyev münaqişənin həllini müzakirə etməkdən imtina etməklə axmaqlıq edir.

Qazet.az xəbər verir ki, bu sözləri Rusiyanın Donbasla bağlı üçtərəfli təmas qrupundakı səlahiyyətli nümayəndəsi Boris Qrızlov deyib.

"Ukrayna nümayəndələri qeyd olunan və razılaşdırılmış gündəliyin heç bir məsələsini müzakirə etməyə hazır olduqlarını nümayiş etdirməyiblər. Minsk razılaşmalarına tam sadiq olduqlarını bəyan edən Ukrayna nümayəndələri yalnız danışıqları davam etdirməkdə maraqlı olduqlarını təqlid edirlər. Bu cür davranışın məntiqini sağlam düşüncə baxımından anlamaq mümkün deyil", - Qrızlov bildirib.