Bakı 20˚C Mostly sunny

Rusiyalı aktyor və rejissor kosmosa uçub, film çəkəcəklər

Gündəm 15:55 05 okt, 2021

Doqquz dəqiqə yarımdan sonra “Soyuz MS-19” orbitə çıxaraq Beynəlxalq Kosmik Stansiyaya istiqamət alacaq

Rusiyalı aktyor və rejissor kosmosa uçub, film çəkəcəklər

Bu gün kosmonavt Anton Şkaplerov, aktrisa Yuliya Peresild və “Çağırış” filminin rejissoru Klim Şipenkonun iştirakı ilə “Soyuz MS-19” kosmik gəmisi Baykonur kosmodromundan havaya qalxıb.

Qazet.az Dövlət Film Fondundan verilən məlumata görə, raketin kino çəkiliş qrupu ilə havaya buraxılması Moskva vaxtı ilə saat 11:55-də baş tutub. Doqquz dəqiqə yarımdan sonra “Soyuz MS-19” orbitə çıxaraq Beynəlxalq Kosmik Stansiyaya istiqamət alacaq.

Kosmik uçuş iştirakçılarının BKS-dəki fəaliyyət müddəti 12 sutkadan az olmayacaq. Çəkiliş qrupu Yerə “Soyuz MS-18” aparatında geri dönəcək.

Əsas heyətə “Roskosmos”un kosmonavtı Anton Şkaplerov, aktrisa Yuliya Peresild, rejissor Klim Şipenko, həmçinin onların dublyorları - Oleq Artemyev, Aleksey Dudin və Alyona Mordovina daxildirlər.

Dünyada ilk dəfə olaraq kino çəkiliş heyətinin BKS-ə uçuşu haqqında bu ilin may ayında məlumat verilmişdi. Heyət stansiyada “Çağırış” filmini çəkəcək.

Qeyd edək ki, aktrisa Yuliya Peresild 2008-ci ildə “Azərbaycanfilm” kinostudiyası ilə “United Multimedia Projects”in birgə istehsal etdiyi “Qala” bədii filmində (rejissor Şamil Nəcəfzadə) Qalina obrazını canlandırmışdı.