Rusiyalı idmançı Consonu belə nokauta saldı - Video
İdman
11:11 24 okt, 2021
Moskvada keçirilən döyüşün ilk raundundaca Yemelianenko Consonu nokauta salıb

Rusiyanın qarışıq döyüş növləri (MMA) üzrə idmançısı Fedor Yemelianenko "Bellator" turniri çərçivəsində amerikalı Timoti Consonla qarşılaşıb.
Qazet.az xəbər verir ki, Moskvada keçirilən döyüşün ilk raundundaca Yemelianenko Consonu nokauta salıb.
Qeyd edək ki, rusiyalı idmançının hesabında 40 qələbə, 6 məğlubiyyət, amerikalının isə hesabında 15 qələbə, 8 məğlubiyyət var.