Rusiyalı Killnet hakerləri Starlink xidmətinə hücum ediblər
Gündəm
08:44 19 noy, 2022
Rusiyalı Killnet hakerləri Tesla və SpaceX-in qurucusu İlon Maskın Starlink xidmətlərinə hücum ediblər.
Qazet.az Lenta.Ru - ya istinadən xəbər verir ki, bu barədə qrupun Telegram-dakı bəyanatında deyilir.
"Amerika peyk rabitəsinin istifadəçiləri sayta daxil ola bilmirlər: giriş səhifəsinin yüklənməsi uzun müddət çəkir, bundan sonra xəta verir", - mesajda deyilir.
Həmçinin Killnet Starlink verilənlər bazasına tonlarla gigabayt rəqəmsal zibil tökməklə hədələyib.