Bakı 30˚C Sunny

Rusiyalı olimpiya çempionu antidopinq qaydalarını pozmaqda ittiham olunur

Gündəm 11:33 19 noy, 2021

Slivenko və 12 ağırlıqqaldıranın testində anabolik steroidlər tapılıb

Rusiyalı olimpiya çempionu antidopinq qaydalarını pozmaqda ittiham olunur

Rusiyalı ağırlıqqaldıran Oksana Slivenko antidopinq qaydalarını pozmaqda ittiham olunur.

Qazet.az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyi (ITA) məlumat yayıb.

ITA 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatı zamanı götürülmüş dopinq nümunələrini yenidən təhlil edib. Slivenko və 12 ağırlıqqaldıranın testində anabolik steroidlər tapılıb.

Bütün idmançılar təkrar nəticələrlə bağlı məlumatlandırılıb. Onlar B nümunəsinin analizini tələb etmək hüququna malikdir.

Qeyd edək ki, Oksana Slivenko 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibidir. 34 yaşlı idmançı çinli Lyu Çunhunun diskvalifikasiyasından sonra qızıl medal qazanıb. O, 3 qat dünya və 6 qat Avropa çempionudur.