Bakı 16˚C Windy

Rusiyalıların yarısından çoxu koronavirusa yoluxmaqdan qorxur

Gündəm 13:12 28 okt, 2021

Bu barədə Tass agentliyi məlumat yayıb

Rusiyalıların yarısından çoxu koronavirusa yoluxmaqdan qorxur

Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsIOM) yaydığı məlumatlara görə, rusiyalıların 50%-dən çoxu koronavirusa yoluxmaqdan qorxur.

Qazet.az xəbər verir ki, bu barədə Tass agentliyi məlumat yayıb. 

Sorğunun nəticələrinə görə, respondentlərin 52%-i xəstələnməkdən “müəyyən dərəcədə narahatdır” və yaxınlarının sağlamlığı üçün qorxur, 15%-i isə ümumiyyətlə xəstəlikdən “qorxur”. Rusiyalıların 12%-i onlara və ya qohumlarının başına pis heç nə gəlməyəcəyinə əmindir, 12%-i də özlərinin və ya qohumlarının koronavirus infeksiyasından artıq sağaldığını, respondentlərin 7%-i isə bu problem haqqında ümumiyyətlə düşünmədiyini bildirib.

Rusların əksəriyyəti (64%) peyvənddən imtina etmək çağırışlarının insanların həyatı üçün təhlükə yaratdığını deyib, respondentlərin 28%-i isə bunun əksini düşünür.

Sorğu oktyabrın 24-də 18 və daha yuxarı yaşda olan 1600 Rusiya vətəndaşı arasında keçirilib.