Bakı 3˚C Partly sunny

Rusiyanın 3 şəhərindən Bakıya müntəzəm uçuşlar başlayır

Gündəm 23:29 14 dek, 2021

Biletlərin satışı “uralairlines.ru” saytında, “UralAirlines” mobil proqramında, aviabilet kassalarında və aviaşirkətin 8-800-7700-262 nömrəsi vasitəsilə həyata keçirilir.

Rusiyanın 3 şəhərindən Bakıya müntəzəm uçuşlar başlayır

Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti Jukovski (Moskva vilayəti), Kaluqa və İrkutsk şəhərlərinin hava limanlarından Azərbaycanın paytaxtına müntəzəm birbaşa reyslərin yerinə yetirilməsinə başlayır.

Qazet.az aviadaşıyıcının mətbuat xidmətinə istinadla xəbər verir ki, Moskva-Jukovski-Bakı-Jukovski aviareysi dekabrın 18-dən cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Təyyarə Jukovskidən saat 13:00-da, Bakıdan isə 18:10–da qalxacaq. Uçuş vaxtı 3 saat 10 dəqiqədir. İrkutsk - Bakı-İrkutsk reysi dekabrın 26-dan bazar günləri yerinə yetiriləcək. İrkutskdan yola düşmə 6:00-da, Bakıdan yola düşmə isə 09:25-də həyata keçiriləcək. Uçuş vaxtı 5 saat 50 dəqiqədir. Kaluqa-Bakı-Kaluqa marşrutu üzrə uçuşlar gələn ilin yanvarın 1-dən başlayacaq və şənbə günləri olacaq. Kaluqadan yola düşmə 9:25-də, Bakıdan yola düşmə isə 14:30-da nəzərdə tutulub. Uçuş vaxtı 3 saat 5 dəqiqədir.

Biletlərin satışı “uralairlines.ru” saytında, “UralAirlines” mobil proqramında, aviabilet kassalarında və aviaşirkətin 8-800-7700-262 nömrəsi vasitəsilə həyata keçirilir.