Rusiyanın 9 PUA-sı vuruldu
Siyasət
09:16 24 dek, 2022
“Son sutkada Rusiyanın 9 PUA-sı vurulub”.
Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.
Bildirilib ki, qarşı tərəf itkilər verməkdə davam edir:
“Düşmənin 70-dən çox hərbçisi yaralanıb. Məhv edilənlərin sayı dəqiqləşdirilir. Ukrayna aviasiyası gün ərzində şəxsi heyətin cəmləşdiyi ərazilərə və zenit-raket komplekslərinə 13 zərbə endirib”.
Həmçinin bildirilib ki, Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri 2 idarəetmə məntəqəsini, 2 sursat anbarını və Rusiya Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi 11 ərazini vurub.