Bakı 16˚C Showers

Rusiyanın daha 2 "Su-35" təyyarəsi məhv edildi

Gündəm 19:07 02 mar, 2022

"RBK Ukrayna"nın verdiyi məlumatda Ukraynanın da bir ədəd "MiQ-29" təyyarəsinin vurulduğu qeyd olunub

Rusiyanın daha 2 "Su-35" təyyarəsi məhv edildi

Ukraynanın paytaxtı Kiyev şəhərində Ukraynanın hava hücumundan müdafiə sistemləri iki rus qırıcısını vurub. 

Qazet.az xəbər verir ki, "RBK Ukrayna"nın verdiyi məlumatda Ukraynanın da bir ədəd "MiQ-29" təyyarəsinin vurulduğu qeyd olunub. 

Bildirilib ki, gecə saatlarında Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin taktiki aviasiya briqadasının 2 ədəd "MiQ-29" qırıcısı ilə Rusiyanın eyni sayda "Su-35S" təyyarəsi arasında şiddətli hava döyüşü baş verib:

"Hava döyüşü nəticəsində işğalçıların hər iki təyyarəsi məhv edilib!.. Təəssüf ki, bu döyüş zamanı Ukrayna Hərbi Hava Qüvvələri bir ədəd "MiQ-29" təyyarəsini itirib. Pilotlarımız axtarılır", - məlumatda deyilir.