Bakı 26˚C Intermittent clouds

Rusiyanın dəhşətli planı - Litva və Polşa hədəfdə

Gündəm 17:40 16 sen, 2021

Rusiya Litva və Polşaya hücuma hazırlaşır

Rusiyanın dəhşətli planı - <span style="color:red">Litva və Polşa hədəfdə</span>

Rusiya Belarusla birgə keçirdiyi "Zapad-2021" hərbi təlimlərinin müdafiə xarakterli olduğunu bəyan etməsinə baxmayaraq, Qərbdə fərqli düşünürlər.

Qazet.az AzVision.az-a istinadən xəbər verir ki, bir sıra Qərb mətbuatı Moskvanın yeni müharibələrə hazırlaşması ilə bağlı ritorik yazılar dərc edir. Məsələn, İngiltərənin dünyaca məşhur "The Sun" qəzeti Rusiyanın hərbi təcavüzə hazırlaşdığını yazıb.

Nəşr iddia edib ki, ruslar Polşa və Litvaya hərbi güc tətbiq edəcəklər. "Barıt qoxusu və dəmir səsi. Şərq sərhədimizdən Rusiya və Belarusdan gələn müharibə gurultusu eşidilir. "Zapad 2021" təlimlərində minlərlə əsgər, yüzlərlə təyyarə, helikopter, raket qurğusu və tank iştirak edir. Təlimlərin açıqlanan planları Polşa və Litva ilə müharibəyə hazırlıqlar keçirildiyini göstərir"-, "The Sun" oxuculara Polşanın "Fakt" qəzetindəki məqalədən sitat gətirib.

Polşada isə bu təlimlərin keçirilməsini milli təhlükəsizliyə təhdid kimi qiymətləndirilir.