Rusiyanın ən varlı qadınının sərvəti artıb
Maraqlı
15:40 10 dek, 2021
Rusiyanın "Wildberries" beynəlxalq internet mağazasının təsisçisi Tatyana Bakalçuk sərvət artımı faizinə görə bütün dünya milyarderləri arasında lider olub.

Rusiyanın "Wildberries" beynəlxalq internet mağazasının təsisçisi Tatyana Bakalçuk sərvət artımı faizinə görə bütün dünya milyarderləri arasında lider olub.
Qazet.az xəbər verir ki, ABŞ-ın məşhur "Forbes" nəşrinin məlumatına görə, sahibkar sərvətini il ərzində 1 000 faizdən çox artırmağa müvəffəq olub.
Mənbə yazır ki, T. Bakalçuk 13 milyard dollar sərvətlə dünyanın ən varlı adamları siyahısında 165-ci yerdədir.
Bir il əvvəl onun sərvəti bir milyard dollar qiymətləndirilirdi.
Tatyana Bakalçuk rusiyalı iş adamlarının reytinqində 13-cü, ən varlı qadınları siyahısında isə birinci sıradadır.