Rusiyanın hava hücumundan müdafiə sistemi öz-özünü vurdu - VİDEO
Gündəm
19:03 24 iyn, 2022
Partlayış qaranlıqda baş verib

Rusiyanın işğal etmiş Luqansk vilayətinin Alçevsk şəhərində işğalçıların hava hücumundan müdafiə sistemi özü-özünü vurub.
Qazet.az xəbər verir ki, həmin anlar cümə günü, iyunun 24-nə keçən gecə “InformNapalm” kanalı tərəfindən yayımlanıb.
Videodan göründüyü kimi, havaya buraxılan raket müəyyən müddət sonra trayektoriyasını dəyişərək müdafiə sisteminin özünü vurub.
Partlayış qaranlıqda baş verib, uzaqdan görüntülənib.