Bakı 24˚C Sunny

Rusiyanın İTKİLƏRİ AÇIQLANDI

Gündəm 14:50 12 mar, 2022

İndiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib

Rusiyanın İTKİLƏRİ AÇIQLANDI

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib. Rusiyanın  58 təyyarəsi, 83 helikopteri, 362 tankı, 1 205 zirehli döyüş maşını, 135 artilleriya qurğusu, 33 hava hücumundan müdafiə sistemi, 62 reaktiv yaylım atəş sistemi, 585 avtomobil texnikası məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda vurğulanıb.