Rusiyanın Kemerovo vilayətində üç günlük matəm elan olunub
Hadisə
14:26 26 noy, 2021
Rusiya föqəladə hallar naziri vəzifəsini müvəqqəti icra edən Aleksandr Çupriyan yaralıların yerləşdiyi xəstəxanaya baş çəkib
Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” daş kömür şaxtasında baş verən qəza nəticəsində ölənlərin xatirəsinə noyabrın 26-28-də matəm elan edilib.
Qazet.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, Kemerovo vilayətinin Belovo rayonunda “Listvyajnaya” şaxtasında baş verən qəza nəticəsində ilkin məlumata görə 49-u mədən işçisi, 3-ü xilasedici olmaqla 51 nəfər ölüb, 63 nəfər yaralanıb. Hadisə zamanı şaxtada 285 nəfər olub.
Rusiya föqəladə hallar naziri vəzifəsini müvəqqəti icra edən Aleksandr Çupriyan yaralıların yerləşdiyi xəstəxanaya baş çəkib.