Bakı 23˚C Mostly cloudy

Rusiyanın məhv etdiyi Mariupol şəhərinin son görüntüləri - Video

Gündəm 00:55 20 dek, 2022
Rusiyanın məhv etdiyi Mariupol şəhərinin son görüntüləri - Video

Rusiya Federasiya Şurasının sabiq üzvü, yəhudiəsilli iş adamı Leonid Nevzlin Ukraynanın işğalçı qüvvələr tərəfindən viran edilmiş Mariupol şəhərinin son görüntülərini dərc edib.

Qazet.az xəbər verir ki, hazırda İsraildə yaşayan keçmiş senator videonu teleqramda paylaşıb.

“İndi Putinin təbliğatı xalqa guya USQ (Ukrayna Silahlı Qüvvələri – red.) tərəfindən dağıdılmış işğal altındakı Mariupolun “bərpasını” aşılayır.

Bu gün Sankt-Peterburqda Dvortsovayada (meydan – red.) Mariupollu ürəkdə (meydanda Mariupol barədə ürək formasında installyasiya quraşdırılıb – red.) “Qatillər, siz onu darmadağın etdiniz, xainlər” yazısına görə məktəbli qız saxlanılıb. Hər şeyi görmək istəyən insanlar gördükdə hansı nüfuzdansalma haqqında danışmaq olar. Onlar işğalçıların əleyhinə tanıqlıq edəcəklər.

Şəhər indi belə görünür, bu videoyazıda Rusiya təcavüzünün nəticələri, Rusiyanın Ukraynaya qarşı terror müharibəsinin nəticələri əks olunub”, - biznesmen bildirib.

Onun sözlərinə görə, videonu ona dostları göndərib.

Xatırladaq ki, mayın 20-də 81 günlük mühasirədən sonra Mariupolun müqaviməti sona çatıb. Şəhər meriyasının məlumatına görə, Rusiya qüvvələrinin təcavüzü nəticəsində şəhərdə azı 10 min dinc sakin həlak olub.

Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayı olub. Şəhərin tam mühasirəsi, qismən işğal edilməsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, “Azov” alayı və şəhərdəki digər ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etmir və bu səbəbdən Rusiya qüvvələri Mariupolu – xüsusilə şəhərin dörddəbir hissəsini tutan “Azovstal” zavodunu tam ələ keçirə bilmirdi.