Rusiyanın raketi tükənib - Kəşfiyyat
Gündəm
12:03 04 yan, 2023
“Rusiyanın raketləri tükənib və cəmi 2-3 kütləvi hücum üçün raketlər qalıb”.
Qazet.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.
“"Söhbət yüksək dəqiqlikli silahlardan gedir. Buraya Kh-101, Kh-555 raketləri, “İsgəndər”lər və digərləri daxildir. Onlardan uzaq məsafə üçün istifadə edilir”, - o bildirib.
Qeyd edək ki, Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov bu yaxınlarda bildirmişdi ki, Rusiyanın silah arsenalında təxminən 150 raket qalıb. Onun sözlərinə görə bu göstərici Ukraynaya 2 kütləvi hücuma kifayət edə bilər.