Zelenski G7-nin təcili iclasını xahiş etdi
Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla Böyük yeddilərin – G7 qrupunun təcili iclasının keçirilməsinə dair razılığa gəlib.
Qazet.az xəbər verir ki, prezident bu barədə rəsmi "Tvitter" səhifəsində məlumat verib.
İclasda Ukraynaya Rusiya tərəfindən güclü raket zərbələrinin endirilməsindən sonra yaranmış vəziyyət müzakirə olunmalıdır.
Təcili iclas oktyabrın 11-də onlayn rejimində keçiriləcəyi bildirilir.
***
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.
Qazet.az xəbər verir ki, bunu V.Zelenski tviterdə yazıb.
Telefon danışığı zamanı G7 ölkələrinin iclasında Ukrayna liderinin çıxışı barədə razılığa gəlinib:
“Mən orada Rusiyanın terror aktları barədə danışacağam”, - V.Zelenski söyləyib.
V.Zelenski ilə Şolts, həmçinin Rusiyaya təzyiqin artırılması və Ukraynada yenidənqurma işləri barədə fikir mübadiləsi aparıblar.
Домовилися з @OlafScholz, канцлером 🇩🇪, яка головує у #G7, про скликання термінового засідання групи. Заплановано мій виступ, у якому розповім про теракти РФ. Також обговорили посилення тиску на Росію та допомогу у відновленні пошкодженої інфраструктури.
— Володимир Зеленський (@ZelenskyyUa) October 10, 2022
Agreed with Chancellor @OlafScholz of 🇩🇪 holding presidency of #G7 on an urgent meeting of the Group. My speech is scheduled, in which I'll tell about the terrorist attacks by RF. We also discussed the issue of increasing pressure on RF & aid in restoring damaged infrastructure.
— Володимир Зеленський (@ZelenskyyUa) October 10, 2022