Rusiyanın Tretyakov Qalereyasında Tahir Salahovun sərgisi açılıb
Gündəm
17:22 02 noy, 2021
Bu barədə Tretyakov Qalereyası məlumat yayıb

Bu gün Rusiyanın Dövlət Tretyakov Qalereyasının ikinci binasında (Yeni Tretyakovka) Xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət sərgi açılıb.
Qazet.az-ın məlumatına görə, bu barədə Tretyakov Qalereyası məlumat yayıb.
Sərgidə Xalq rəssamının 11 rəsm əsəri təqdim olunur. Ekspozisiya rəssamın erkən işlərindən sayılan “Qladioluslar” natürmortu ilə açılır.
T.Salahovun doğum gününə həsr olunmuş sərgi 22 yanvar 2022-ci ilədək davam edəcək.