Bakı 20˚C Sunny

Rusiyaya məxsus 415 milyard dollar Ukraynaya veriləcək?

Gündəm 10:50 12 mar, 2022

Bu məbləğ birbaşa birdəfəlik itkiləri ödəməyə kifayət edir

Rusiyaya məxsus 415 milyard dollar Ukraynaya veriləcək?

Rusiya Federasiyasının həbs qoyulan 415 milyard dollarlıq rezervləri Ukraynaya dəymiş ziyanı ödənilməsinə sərf olunacaq.

"Nazirlər kabineti digər ölkələrin hökumətləri ilə Rusiya Mərkəzi Bankının həbs qoyulmuş qızıl-valyuta rezervlərinin Ukraynaya köçürülməsi üçün mexanizm axtarır".

Bu barədə Ukraynanın iqtisadiyyat nazirinin birinci müavini Denis Kudin danışıb.

Onun sözlərinə görə, Rusiyanın vurduğu zərərin ödənilməsi üçün 415 milyard dollar məbləğində həbs qoyulan rezervin Ukraynaya göndərilməsi planlaşdırılır.

“Bu məbləğ birbaşa birdəfəlik itkiləri ödəməyə kifayət edir. Kapitulyasiyadan sonra Rusiya hələ Ukraynaya reparasiya ödəməlidir. Bu da iki: pul və təbii resurslar şəklində”, - deyə o bildirib.