Bakı 32˚C Partly sunny

Rusiyaya məxsus iki helikopter vuruldu

Gündəm 22:56 19 dek, 2022
Rusiyaya məxsus iki helikopter vuruldu

Bu gün Ukrayna ərazisində Rusiyaya məxsus iki helikopter vurulub.

Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna aviasiyası bir gün ərzində şəxsi heyətin və hərbi texnikanın cəmləşdiyi ərazilərə 12, işğalçıların zenit-raket komplekslərinin mövqelərinə isə 5 zərbə endirib:

“Ukrayna Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri cari gün ərzində döyüş sursatı anbarını, iki komanda məntəqəsini və düşmənin iki canlı qüvvəsinin cəmləşdiyi ərazini vurub”.