Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi hazırlanı
Gündəm
15:14 24 noy, 2022
Avropa İttifaqı Rusiya Federasiyasına qarşı doqquzuncu sanksiyalar paketini hazırlayır.
Qazet.az xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Ursula fon der Leyen açıqlayıb.
Onun sözlərinə götrə, işlər tam sürətlə gedir: "Biz Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq qabiliyyətini daha da zəiflətmək üçün ən çox zərər verdiyi yerə vurmaq üçün çox çalışırıq və mən bu gün elan edə bilərəm ki, biz 9-cu sanksiyalar paketi üzərində tam sürətlə işləyirik".
Avropa Parlamentinin sədri əlavə edib ki, onun fikrincə, tezliklə G7 və digər əsas tərəfdaşlarla Rusiya neftinin qlobal qiymət həddini təsdiqləmək mümkün olacaq.