Bakı 7˚C Showers

Rusiyaya smartfonların ixracı qadağan edilə bilər

Maraqlı 00:18 26 sen, 2022
Rusiyaya smartfonların ixracı qadağan edilə bilər

Avropa Birliyinin (AB) Rusiyaya qarşı yeni sanksiyalar paketinə onlarla yüksək texnologiyalı məhsulun ixracına qadağalar daxil ola bilər.

Qazet.az xəbər verir ki, xüsusilə, söhbət smartfonlar, radar və lazer avadanlıqlarından gedir.

Həmçinin, təşəbbüs müəllifləri Aİ şirkətlərinə rusiyalı müştərilərinə İT xidmətləri göstərməyi qadağan etmək və Aİ-də “Kasperski Lab” məhsullarından istifadəni dayandırmaq istəyirlər.

Qeyd edək ki, Avropa Komissiyasının nümayəndələri ilə Aİ ölkələri rəsmiləri arasında Rusiyaya qarşı növbəti sanksiyalar paketinin müzakirələri artıq başlayıb.