Bakı 26˚C Intermittent clouds

Rusiyaya uçan təyyarə təcili eniş etdi

Gündəm 22:14 11 sen, 2021

Təyyarə Antalyadan Vladivostoka uçan zaman Krasnoyarsk üzərində olarkən təcili eniş əmri verilib

Rusiyaya uçan təyyarə təcili eniş etdi

Antalya-Vladivostok transkontinental təyyarəsi Rusiyanın Krasnoyarsk şəhərində qəza enişi edib.

Qazet.az  xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"Boeinq 767" təyyarəsinə Antalyadan Vladivostoka uçan zaman Krasnoyarsk üzərində olarkən təcili eniş əmri verilib.

İlkin məlumatlara görə, təyyarədə texniki problemlər yaranıb.

Zərərçəkənlər barədə məlumat yoxdur. Hava laynerində olan sərnişinlərin sayı dəqiqləşdirilir.