Bakı 6˚C Dreary

Ruslan Sabirli "Zəfər Günü"nə həsr olunmuş “Zəng” filmini təqdim edib - Eksklüziv

Eksklüziv 18:10 11 noy, 2021

Əminəm ki, onlar qələbə xəbərindən sonra rahat yatacaqlar

Ruslan Sabirli "Zəfər Günü"nə həsr olunmuş “Zəng” filmini təqdim edib - <span style="color:red">Eksklüziv</span>

Kinoaktyor, prodüser, rejissor Ruslan Sabirli 8 noyabr - Zəfər Gününə həsr olunmuş “Zəng” adlı qısametrajlı film çəkib. 

Qazet.az-a bu barədə filmin ideya müəllifi və rejissoru Ruslan Sabirli özü məlumat verib.

“Zəng filmi I Qarabağ Müharibəsində şəhid olmuş ataya qələbə müjdəsi xəbəri verilməsindən bəhs edir. Atanın sevinci, bu illər ərzində hiss etdikləri və oğlu ilə emosional dialoqları filmin süjet xəttini təşkil edir", deyə rejissor Ruslan Sabirli müsahibə zamanı deyib.

– “Zəng” filmilə ictimiayyətə nəyi çatdırmaq istədiniz?

Mən uşaq ikən kiçik dayım İsayev Kazım Seyid oğlu və böyük dayımın oğlu İsayev Elxan Rasim oğlu I Qarabağ Müharibəsində şəhid olublar. Ailədən şəhid vermək acısını mən orta məktəbdə oxuyarkən yaşamışam. 90-lar və o illərdə yaşadığım hisslər hələ də mənimlədir. Bu filmdə çalışdım ki, qələbə çalmağımızla yanaşı, həm də I Qarabağ müharibəsində canlarından keçmiş şəhidləri də unutmadığımızı vurğulayım. Onların ruhlarını sevindirim. Əminəm ki, onlar qələbə xəbərindən sonra rahat yatacaqlar.

Siz bu filmi necə səciyyələndirərdiniz?

Zəng filmi sıradan bir film deyil, intellektual filmdir. Tamaşaçını düşündürən, onu keçmiş illərə və xatirələrə aparan, kövrəldən, sonra da qələbə sevincinin qəhərini yaşadan bir filmdir.

Bu filmdə aktyor kimi rol almağımla yanaşı, həm də filmin prodüseri və rejissoruyam.
Bir rejissor kimi çalışmışam ki, müxtəlif rejissor həlləri ilə bu hissləri tamaşaçıya çatdıra bilim. Filmin ərsəyə gəlməsində köməklik göstərən aktyorlara və kino komandama dərin minnətdarlığımı bildirirəm.

Baxmayarq ki, film qısa filmdir, arxasında böyük bir əziyyət durur. Zəng filminin tamaşaçıların qəlbinə yol tapacağına əminəm. Zəfər Günümüz Mübarək olsun!”

Qeyd edək ki, filmdə aktyorlar Əli Qulu, Ruslan Sabirli və II Qarbağ Müharibəsi Qazisi Kənan Kazımov çəkilib. Filmin ssenarisi Ruslan Sabirliyə, dialoqları Lalə Əliyevaya məxsusdur. Operatorlar isə Rəşad Qarayev və Asif Bəşirovdur.

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.