Ruslar Odessanı bombaladı - Şəhərdə son durum
Odessa hərbi administrasiyasının nümayəndəsi raket zərbəsinin obyektlərdən birinə endirildiyini açıqlayıb
Gecə saatlarında Rusiya ordusu Odessaya raket zərbəsi endirib.
Qazet.az xəbər verir ki, Odessa hərbi administrasiyasının nümayəndəsi raket zərbəsinin obyektlərdən birinə endirildiyini açıqlayıb.
“Gecə obyektlərdən birinə raket zərbəsi endirilib. Əlavə məlumat dəqiqləşdirilir”, - Odessa administrasiyasının nümayəndəsi Bratçuk bildirib.
Bazar günü səhər saatlarında da rus işğalçıları Odessaya raket zərbəsi endirib, işləməyən neft emalı zavodunu vurublar. Düşmən raketlərinin hücumu nəticəsində yanğın başlayıb və şəhərin üzərindən qara tüstü sütunu qalxıb. Vətəndaşlar evlərin pəncərələrini bağlamağa, digər hallarda isə sığınacaqdan çıxmamağa çağırılıb.