Ruslar Türkiyədə kütləvi şəkildə mənzil alırlar
Gündəm
23:14 11 okt, 2022
Türkiyədə xarici daşınmaz əmlak alıcıları arasında birinci ruslar oldu.
Qazet.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutu məlumat yayıb.
Onlar gündə 34 mənzil alırlar. Statistikalar göstərir ki, avqustda Rusiya vətəndaşları ölkədə 1238, 2022-ci ilin yanvarından isə ümumilikdə 8115 mənzil alıblar. Bu, 2021-ci illə müqayisədə 51% çoxdur.
Rusiya alıcıları arasında Türkiyə daşınmaz əmlaka tələbat baxımından ilk 3 ölkəyə daxil olub. Propriete Generale Group-un məlumatına görə, Türkiyə tələbatın üçdə birini (31%) təşkil edir. İkinci və üçüncü yerləri Birləşmiş Ərəb Əmirlikləri (20%) və Gürcüstan (15%) tutur. Dördüncü yerdə Qazaxıstan (14,84%) qərarlaşıb.