Bakı 5˚C Mostly cloudy

Ruslar Ukraynada hərbi zavodu vurdu

Xəbərlər 20:00 28 avq, 2022
Ruslar Ukraynada hərbi zavodu vurdu

Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın Zaporojye vilayətində yerləşən "Motor Siç" zavoduna məxsus emalatxanaları vurub.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik itkilərin olub-olmadığını açıqlamayıb.

Ukrayna tərəfi isə bununla bağlı hələlik məlumat yaymayıb.

Qeyd edək ki, "Motor Siç" Ukraynada helikopterlərin təmiri ilə məşğul olan müdafiə sənayesi şirkətidir. Şirkət, həmçinin Türkiyənin "Baykar" şirkətinin "Akıncı" pilotsuz uçuş aparatları üçün mühərriklər istehsal edir.