Ruslar Ukraynanı atəşə tutdu
Gündəm
15:41 21 noy, 2022
Rus işğalçıları Ukraynanın Xerson şəhərində mülki infrastrukturu vurub. Yaralı mülki vətəndaşların olduğu bildirilir.
Qazet.az UNİAN-a istinadıa xəbər verir ki, bu barədə Regional Şura sədrinin birinci müavini Yuri Sobolevski məlumat verib:
"Yenə Xersona, yenə mülki infrastruktura atəş açdılar. Yaralı mülki insanlar var, tibbi yardım göstərilir".
Qeyd edək ki, “Suspilne Xerson” işğaldan azad edilmiş şəhərdə saat 11-dən başlayaraq silsilə partlayışların baş verdiyini bildirib.
Xerson vilayəti üzrə Milli Polis Baş İdarəsindən isə bildirilib ki, atəş nəticəsində ölən və yaralananlar var.