Bakı 32˚C Sunny

Ruslar Xarkovu raketlə vurdu - VİDEO

Gündəm 12:39 11 iyl, 2022

Bu barədə “Kharkov Life” Telegram kanalı məlumat verib

Ruslar Xarkovu raketlə vurdu - VİDEO

Üç saatdan çox əvvəl rus işğalçıları Xarkov şəhərinin mərkəzinə raket zərbələri endiriblər. Çoxmərtəbəli yaşayış binalarından birinin girişi dağıdılıb.

Qazet.az xəbər verir ki, bu barədə “Kharkov Life” Telegram kanalı məlumat verib.

İlkin məlumatlara görə, Rusiya raketi şəhərin mərkəzi hissəsində altı mərtəbəli binaya düşüb. Xilasedicilər hadisə yerindədir.

"Bütün giriş dağıdılıb. Saat 04:30-da 1 yaşlı qadın xilas edilib, dağıntıların təmizlənməsi davam edir. Fövqəladə Hallar Nazirliyinin regional şöbəsindən verilən məlumata görə, saat 06:30-da ölən və yaralananlar barədə məlumat daxil olmayıb”, - deyə hesabatda bildirilir.

Qeyd edək ki. hücum yerindən çəkilən görüntülər dağıntıların miqyasını göstərir. Dağılmış evin üzərindən tüstülənməni şəhərin bir sıra rayonlarının sakinləri görüb.