Rusların Tbilisiyə axını başladı
Gündəm
12:40 22 sen, 2022

Rusiya vətəndaşlarının Gürcüstana növbəti miqrasiya dalğası başlayıb.
Qazet.az xəbər verir ki, ötən gün Rusiyada elan edilən qismən səfəbərlik rusların ölkədən qaçmağına səbəb olub. Məlumata görə, onlar daha çox qonşu ölkələrə üz tuturlar.
Rusların qaçdığı ölkələr arasında Gürcüstan, Belarus və Ermənistan da var.
Bildirlir ki, bu gün gecə saatlarında Tbilisi Beynəlxalq Hava Limanına bir neçə təyyarə eniş edib. Təyyarələr əsasən Rusiya vətəndaşlarını Tibilisiyə gətirib.
Bundan başqa, Larsi sərhəd-keçid məntəqəsində bir kilometr uzunluğunda tıxac yaranıb.
Gürcü mediasının yazdığına görə, yerli hökumətin isə bununla bağlı hərhansı addım atıb atmayacağı hələlik məlum deyil.