Bakı 23˚C Intermittent clouds

Rüstəm Muradov erməni əsirləri İrəvana gətirdi - Video

Gündəm 01:00 05 dek, 2021

Erməni əsirləri rusiyalı general Rüstəm Muradov gətirib

Rüstəm Muradov erməni əsirləri İrəvana gətirdi <span style="color:red">- Video</span>

Tezliklə İrəvanın Erebuni hava limanına 10 erməni əsiri daşıyan təyyarə enəcək.

Qazet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti direktorunun keçmiş müavini Boris Avaqyan deyib.

O qeyd edib ki, erməni əsirləri rusiyalı general Rüstəm Muradov gətirir:

"O, bu dəfə ən ciddi məxfilik şəraitində Bakıya gedib. Məhbusların qaytarılması barədə son dəqiqəyə qədər məlumat verilməyib".

Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti minalanmış ərazilərin xəritələri müqabilində noyabrın 16-da erməni təxribatı nəticəsində əsir götürülən 10 erməni hərbçisinin Ermənistana təhvil verildiyi barədə məlumat yayıb.

***

Erməni əsirləri İrəvana gətirən təyyarə Erebuni hava limanına eniş edib.