Bakı 6˚C Mostly cloudy

Rüşvət alan sabiq direktora hökm oxundu

Gündəm 14:30 01 dek, 2022
Rüşvət alan sabiq direktora hökm oxundu

Bakı şəhər Binəqədi rayonu Xocasən Sağlamlıq Mərkəzinin sabiq direktoru Əliyar Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Qazet.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Əliyar Məmmədov 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakı şəhər Binəqədi rayon Xocasən Sağlamlıq Mərkəzinin direktoru Əliyar Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.

Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu və Daxili İşlər Nazirliyinin Tibb Baş İdarəsi tanınıb.