Rüşvətə görə işdən çıxarılan direktor başqa vəzifədə çalışır
Müəllimlərdən rüşvət tələb etdiyi üçün vəzifəsindən azad edilən Sumqayıt şəhər 32 saylı orta məktəbin sabiq direktoru başqa vəzifədə çalışır.
Qazet.az xəbər verir ki, sabiq direktor Esmira İbrahimova Sumqayıt şəhər üzrə təhsil şöbəsində metodist vəzifəsində işləyir.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən (AXRTİ) bildirilib ki, Esmira İbrahimova 8 may 2012-ci ildən Sumqayıt şəhər Təhsil Şöbəsində metodist vəzifəsində çalışır. Məktəb direktorluğu fəaliyyətində və işində yol verdiyi nöqsanlara və xətalara görə tutduğu vəzifədən azad edilib. Hal-hazırda AXRTİ-də metodist vəzifəsində çalışmaqdadır.
Xatırladaq ki, bir müddət əvvəl Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru İbrahimova Esmira Famil qızı müəllimlər üçün yaratdığı “WhatsApp” qrupuna və ayrı-ayrı müəllimlərə səs ataraq hər müəllimdən 50 manat tələb edib. Orta məktəbin təmiri bəhanəsi pul tələb edən direktor səs yazısında həmçinin müəllimləri əmək haqlarından da pul tutulacağı ilə də hədələyib.Səs yazısı yayılandan sonra məsələ ilə bağlı araşdırmalar aparılıb və direktor vəzifəsindən azad edilib.