Saakaşvili 20 kq arıqlayıb və dəhşətli görünür
L.Yasko bildirib ki, bu gün Saakaşvili daha pis görünürdü:

Mixail Saakaşvili 20 kiloqram arıqlayıb və heç yaxşı görünmür.
Qazet.az xəbər verir ki, bu sözləri eks-prezidentin xanımı, ukraynalı deputat Liza Yasko Rustavi N12 türməsində Saakaşvili ilə görüşdən sonra mediaya açıqlamasında deyib.
L.Yasko bildirib ki, bu gün Saakaşvili daha pis görünürdü:
“Onun tibbi yardıma ehtiyacı var. Ancaq Saakaşvilini türmə xəstəxanasına köçürmək qəti şəkildə olmaz. 20 kq arıqlamasına baxmayaraq, aclığı dayandırmaq fikrində deyil. Onun vəziyyəti hər keçən gün daha da pisləşir. Bu məsələni belə qoymaq olmaz, əgər biz mübarizəni davam etdirməsək, Saalaşvilinin həyatı və gələcəyi təhlükə altına düşəcək”.
Yasko bildirib ki, Saakaşvili Ukrayna vətəndaşıdır və Kiyev onun geri qaytarılmasını istəyir.